Umarali Rahmonaliyev “Sabah”da qaldı – Rəsmi

“Sabah”ın Rusiyanın “Rubin” klubundan icarəyə götürdüyü Umarali Rahmonaliyev Azərbaycan təmsilçisinin uğurları üçün çalışmağa davam edəcək.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, “Sabah” Rahmonaliyevin transfer hüququnu alıb. “Bayquşlar”ın Özbəkistan yığmasının üzvünün icarəsi ilə bağlı “Rubin”lə bağladığı müqavilədə nəzərdə tutulmuş transfer bəndi qüvvəyə minib. 22 yaşlı yarımmüdafiəçi ilə yeni, 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, “Sabah” 22 yaşlı futbolçunu 2025-ci ilin yanvarında bir illik icarəyə götürmüşdü.

Umarali Rahmonaliyev bir il ərzində “Sabah”ın heyətində 36 oyuna çıxıb, 3 qol və 6 məhsuldar ötürmə müəllifi olub. “Bunyodkor”da da çıxış etmiş dayaq yarımmüdafiəçisi “Rubin”də 27 oyuna çıxsa da, cəmi 2 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: