“Sumqayıt” “Pakş”a biabırçı hesabla uduzdu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt” komandası bu gün ilk yoxlama görüşünü keçirib.

Arena.az xəbər verir ki, sözügedən komanda Macarıstanın “Pakş” kollektivi ilə üz-üzə gəlib.

Matç rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Kimyaçılar”ın yeganə qoluna Rüstəm Əhmədzadə imza atıb.

“Gənclik şəhəri” təmsilçisi Türkiyə toplanışı çərçivəsində daha 2 yoxlama oyununa çıxacaq. Saşa İliçin rəhbərlik etdiyi komanda yanvarın 12-də Serbiyanın OFK (Belqrad), 16-da isə Xorvatiyanın “Osiyek” kollektivləri ilə üz-üzə gələcək.

Xatırladaq ki, “Sumqayıt” Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümü çərçivəsində keçirdiyi 16 oyunda 27 xal toplayıb və yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komanda 16 oyunda 8 qələbə qazanıb, 3 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: