Premyer Liqa: “Arsenal” “Çelsi”ni də xalsız yola saldı

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 28-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

“Brayton” “Nottingem Forest”i, “Fulhem” “Tottenhem”i, “Mançester Yunayted” “Kristal Pelas”ı, “Arsenal” isə “Çelsi”ni qəbul edib. Üç qolun qeydə alındığı bütün oyunlar meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb.

Beləliklə, geridə qalmış 29 turdan sonra 64 xal toplamış “Arsenal” vahid liderdir. “Mançester Siti” 59 xalla ikinci pillədə qərarlaşıb. “Mançester Yunayted” və “Aston Villa” 51, “Liverpul” 48, “Çelsi” 45 xal toplayıb.

İngiltərə, Premyer Liqa
28-ci tur
27 fevral

Vulverhempton – Aston Villa 2:0
Qollar: J.Qomes, 61. R.Qomes, 90+8.

28 fevral

Bornmut – Sanderlend 1:1
Qollar: Evanilson, 63 – Mayenda, 18.

Börnli – Brentford 3:4
Qollar: Kayode, 45+3-öz qapısına. Antoni, 47. Flemminq, 60 – Damsqor, 9. Tyaqo, 25. Şade, 34.

Liverpul – Vest Hem 5:2
Qollar: Ekitike, 5. Van Deyk, 24. Makallister, 43. Qakpo, 70. Disasi, 82-öz qapısına – Souçek, 49. Kastelyanos, 74.

Nyukasl – Everton 2:3
Qollar: Remsi, 32. Mörfi, 82 – Brentueyt, 19. Beto, 34. Berri, 83.

Lids – Mançester Siti 0:1
Qol: Semenyo, 45+2.

1 mart

Brayton – Nottingem Forest 2:1
Qollar: D.Qomes, 6. Uelbekk, 15 – Gibbs-Uayt, 13.

Fulhem – Tottenhem 2:1
Qollar: H.Uilson, 7. İvobi, 34 – Riçarlison, 66.

Mançester Yunayted – Kristal Pelas 2:1
Qollar: B.Fernandes, 57-pen. Şeşko, 65 – Lakrua, 4.

Arsenal – Çelsi 2:1
Qollar: Saliba, 21. Timber, 66 – İnkapye, 45+2-öz qapısına.

Xəbəri sosial şəbəkələrdə paylaş: