Bu gün keçiriləcək final oyunu ilə futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşəcək.
Arena.az xəbər verir ki, final matçında İngiltərənin “Kristal Pelas” və İspaniyanın “Rayo Valyekano” komandaları üz-üzə gələcəklər.
Həlledici oyun Almaniyanın Leypsiq şəhərindəki “Red Bull Arena”da baş tutacaq. Görüşə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Final qarşılaşmasını italiyalı FIFA referisi Mauritsio Mariani idarə edəcək.
Xatırladaq ki, Avropa Konfrans Liqasında mövsümün qalibi növbəti mövsüm üçün Avropa Liqasının əsas mərhələsində iştirak hüququ qazanacaq.
Konfrans Liqasının sonuncu qalibi İngiltərənin “Çelsi” komandasıdır. Daha öncə bu turnirdə “Roma” (İtaliya), “Vest Hem” (İngiltərə) və “Olimpiakos” (Yunanıstan) da çempionluq sevinci yaşayıblar.
Avropa Konfrans Liqası
Final
27 may
23:00. Kristal Pelas (İngiltərə) – Rayo Valyekano (İspaniya)
Baş hakim: Mauritsio Mariani (İtaliya).
Almaniya, Leypsiq. “Red Bull Arena”.


