Kişilərdən ibarət voleybol üzrə Azərbaycan yığma komandasının bu il təşkil ediləcək Avropa Liqası üçün yekun heyəti müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi Boris Qrebennikov heyətə 14 voleybolçu cəlb edib.
Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Cavid Əzimov, Zamiq Mayılov, Ruslan Əliyev, Həsən Tağızadə;
Orta oyunçular: Mərdan Məmmədov, Yeqor Nikulenko, Əlihüseyn Məmmədov, Ramazan Ağabəyov;
Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou;
Liberolar: Asif Əliyev, Nihad Qasımov.
Qeyd edək ki, Azərbaycan milli komandası qarşıdakı Avropa Liqasında ilk oyunlarını iyunun 5-də və 7-də İsveçdə keçirəcək. Milli komandamız İsveç və Yunanıstan yığmaları ilə üz-üzə gələcək.


