PSJ-nin gürcü hücumçusu Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün ən yaxşı oyunçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
PSJ UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün qalibi olub. Həlledici oyunda Paris klubu oyundan sonrakı penaltilər seriyasında Londonun “Arsenal” komandasını 4:3 hesabı ilə üstələyib (əsas və əlavə vaxt – 1:1).
Xviça Kvaratsxeliya turnir çərçivəsində keçirdiyi 16 oyun ərzində rəqib qapılarına 10 qol vurub və 7 məhsuldar ötürmə edib.
25 yaşlı gürcü futbolçu 2025-ci ildən PSJ-nin şərəfini qoruyur. O, Paris klubunun heyətində iki dəfə UEFA Çempionlar Liqasının və Fransa çempionatının, həmçinin bir dəfə Fransa Kubokunun, Fransa Super Kubokunun və Qitələrarası Kubokun qalibi olub.
UEFA 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən Çempionlar Liqasının rəmzi komandasını da təqdim edib. Siyahıda final matçında iştirak edən komandaların oyunçuları üstünlük təşkil ediblər:
Qapıçı: David Raya (“Arsenal”);
Müdafiəçilər: Nuno Mendes (PSJ), Qabriel Maqalyayns (“Arsenal”), Markinyos (PSJ), Markos Lyorente (“Atletiko”);
Yarımmüdafiəçilər: Xviça Kvaratsxeliya (PSJ), Vitinya (PSJ), Deklan Rays (“Arsenal”), Maykl Olise (“Bayern”);
Hücumçular: Harri Keyn (“Bayern”), Usman Dembele (PSJ).


