Dieqo Simeone: “Bu il “Qızıl top”u Messi qazanmalıdır”

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone 2026-cı il üzrə “Qızıl top” mükafatının Lionel Messiyə verilməli olduğunu bildirib.

Arena.az xəbər verir ki, argentinalı mütəxəssis bu barədə fikirlərini səsləndirib.

“2026-cı ilin “Qızıl top”unu Leo Messi qazanmalıdır. Heç bir şübhə yoxdur. Yaşını nəzərə alaraq dünya çempionatında göstərdiyi performansa baxsaq, bununla bağlı heç bir şübhə ola bilməz”, – deyə Dieqo Simeone vurğulayıb.

39 yaşlı Messi 2026-cı ilin yayında keçirilən dünya çempionatında Argentina millisinin heyətində finala qədər irəliləyib.

Təcrübəli hücumçu mundialda 8 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Lionel Messi hazırda ABŞ-ın MLS çempionatında “İnter Mayami”nin formasını geyinir. O, daha əvvəl Argentina millisinin heyətində dünya çempionu olmaqla yanaşı, 8 dəfə “Qızıl top” mükafatına layiq görülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: