Azərbaycan Premyer Liqasında mübarizə aparan “Qəbələ”yə bundan sonra şimali makedoniyalı mütəxəssis Yeton Bekiri rəhbərlik edəcək.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, “qırmızı-qaralar” şimali makedoniyalı mütəxəssislə 1+2 illik müqavilə bağlayıblar.
44 yaşlı məşqçi son olaraq ölkəsində “Şkendiya” klubuna rəhbərlik edib.
O, müxtəlif illərdə “Drita”, “Qostivar”, “Renova”, “Struqa” (hamısı Şimali Makedoniya) və “Bilis” (Albaniya) klublarında baş məşqçi kimi çalışıb. O, bir müddət “Əl-Cabalayn” klubunda da (Səudiyyə Ərəbistanı) idman direktoru kimi işləyib.
Yeton Bekiri 2024/2025-ci illər mövsümündə “Şkendiya” ilə Şimaili Makedoniya çempionu olub.
Qeyd edək ki, yeni baş məşqçi “Qəbələ”də sentyabrın 20-dən fəaliyyətə başlayacaq. O, bu postda cari mövsümə uğursuz start səbəbindən istefaya göndərilmiş Kaxaber Sxadadzeni əvəz edib.



