Eduard Mendi Seneqal millisində karyerasını başa vurdu

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda çıxış edən seneqallı qapıçı Eduard Mendi milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb.

Arena.az xəbər verir ki, 34 yaşlı qapıçı bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

“Sağ ol, Seneqal”, – deyə Mendi qısa açıqlama verib və milli komandada keçirdiyi ən yaxşı anlardan ibarət video yayımlayıb.

Eduard Mendi Seneqal millisinin heyətində ümumilikdə 60 oyun keçirib. O, milli komanda ilə 2021-ci ildə Afrika Millətlər Kubokunun qalibi olub. Qapıçı həmçinin 2019 və 2025-ci illərdə qitənin əsas milli turnirində gümüş medal qazanıb.

Mendi 2026-cı il dünya çempionatında Seneqal millisinin iki oyununda meydana çıxıb və həmin qarşılaşmalarda 6 qol buraxıb.

Klub karyerasında isə qapıçı Fransanın “Renn” və İngiltərənin “Çelsi” komandalarında çıxış edib. Mendi “Çelsi”nin heyətində 2021-ci ildə UEFA Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, Mendi 2021-ci ildə Afrika Millətlər Kubokunun ən yaxşı qapıçısı seçilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: