19 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan millisi (U-19) Bakıdakı təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, milli komandamız yenə Moldova yığması ilə üz-üzə gəlib.
“Dalğa Arena”nın ehtiyat meydanında baş tutmuş görüş rəqibin 5:3 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, bu komandalar arasında sözügedən məkanda sentyabrın 14-də keçirilmiş ilk oyun da U-19 millimiz üçün uğursuz alınmışdı. Əsas vaxtı 2:2 hesabı ilə başa çatmış görüşün penaltilər seriyasında Moldova millisi qələbə qazanmışdı – 5:4.


