Domeniko Tedesko Raffaelle Palladino ilə əvəzləndi

Futbol üzrə İtaliya A Seriyasında yeni mövsümə uğursuz başlamış “Bolonya” baş məşqçisi Domeniko Tedesko ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

41 yaşlı mütəxəssis iyun ayında təyin olunduğu komandanın başında cəmi 4 oyun keçirib. Bu görüşlərdə “Bolonya” 1 heç-heçə edib, 3 məğlubiyyət alıb. Komanda İtaliya çempionatının 4 turundan sonra 1 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Klub rəhbərliyi yaydığı açıqlamada Tedeskoya peşəkarlığı və səriştəsinə görə təşəkkür edib, ona və köməkçilərinə gələcək karyeralarında uğurlar arzulayıb.

Tedesko bundan əvvəl Türkiyənin “Fənərbağça” klubuna rəhbərlik edib və 2025/26 mövsümündə komanda ilə ölkə Super Kubokunu qazanıb. O, iki il Belçika millisinin baş məşqçisi olub. 2019-2021-ci illərdə Moskva “Spartak”ını çalışdıran mütəxəssis komandaya Rusiya çempionatında gümüş medal qazandırıb. Karyerası ərzində Almaniyanın “Ersgebirge”, “Şalke” və “Leypsiq” klublarında da işləyib. “Leypsiq” onun rəhbərliyi altında 2021/22 mövsümündə tarixində ilk dəfə Almaniya Kubokunu qazanıb.

“Bolonya” Tedesko ilə yolları ayırdıqdan sonra Raffaele Palladinonu baş məşqçi təyin edib. 42 yaşlı italiyalı mütəxəssislə 30 iyun 2029-cu ilədək müqavilə imzalanıb. Palladino artıq komandanın ilk məşqinə rəhbərlik edib.

Raffaele Palladino daha öncə “Montsa”, “Fiorentina” və “Ataalnta”ya da rəhbərlik edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: