İspaniya nəhəngi “Real”ın (Madrid) fransalı hücumçusu Kilian Mbappe keçmiş klubu, Fransa çempionu PSJ-yə 60 min avro ödəməli olacaq.
Arena.az xəbər verir ki, Paris Apellyasiya Məhkəməsi Mbappeni keçmiş komandasına 60 min avro təzminat ödəməyə məcbur edib.
Bu barədə Fransanın “Ekip” qəzeti məlumat yayıb. Qərara əsasən, futbolçu 2025-ci ildə PSJ-nin bank hesablarının həbsinə səbəb olan hərəkətlərlə bağlı kluba kompensasiya ödəməlidir.
Qeyd edək ki, bundan əvvəl Paris Əmək Mübahisələri Məhkəməsi PSJ-ni Mbappeyə 61 milyon avro kompensasiya ödəməyə məcbur etmişdi. Bu məbləğ futbolçunun 2024-cü ildə başa çatmış müqaviləsindən sonra klub tərəfindən ödənilməyən maaş və bonuslarla bağlıdır.
27 yaşlı Kilian Mbappe 2024-cü ildən “Real”da çıxış edir. O, Madrid klubunun heyətində 2024/25 mövsümündə İspaniya Super Kubokunu və Qitələrarası Kuboku qazanıb.
Fransalı hücumçu 2018-2024-cü illərdə PSJ-nin formasını geyinib və klub tarixinin ən məhsuldar futbolçusudur. Mbappe Paris təmsilçisi ilə 6 dəfə Fransa çempionu, 4 dəfə Fransa Kubokunun və 3 dəfə Fransa Super Kubokunun qalibi olub.
Mbappe Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu, 2022-ci ildə isə dünya çempionatının gümüş medalçısı olub. O, dünya çempionatlarında 22 qolla rekordçudur.


