Futbol üzrə Azərbaycan Premyer Liqasını tərk etmiş “Karvan”ın hücumameyilli yarımmüdafiəçi Kayl Spens Yevlax klubundan ayrılıb.
Arena.az xəbər verir ki, şotlandiyalı futbolçunun yeni klubu da məlumdur.
O, “Makkabi” (Petah-Tıkva) ilə anlaşıb. Bu barədə İsrail klubunun mətbuat xidməti məlumat yayıb.
İngiltərənin “Kristal Pelas” klubunun yetirməsi olan Kayl Spens 2025-ci ilin yayından “Karvan”ın uğurları üçün çalışırdı. 29 yaşlı futbolçu başa çatmış 2025/2026-cı illər mövsümündə Yevlax klubunun heyətində 34 oyuna çıxıb, 3 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.
Spens İngiltərənin “Kristal Pelas” klubunun yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi karyerası ərzində “Koventri Siti”, “Hempton və Riçmond”, “Kinqston”, “İst-Qrinsted Taun”, “Valders”, “Alta”, “Eyqarden”, “Hegelman Litauen”, “FSV Frankfurt”, “Veles”, “Qzira Yunayted”, “Kolereyn” kimi klublarda çıxış edib.
Kayl bir müddət Şotlandiyanın U-16 yığmasında oynasa da, sonradan milli formanı geyinmək ona qismət olmayıb.


