Voleybol millimizin Avroliqa üçün yekun heyəti açıqlandı

Qadınlardan ibarət voleybol üzrə Azərbaycan milli komandasının bu il təşkil ediləcək Avropa Liqası üçün yekun heyəti müəyyənləşib.

Arena.az bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, baş məşqçi Faiq Qarayev heyətə 14 voleybolçunun adını daxil edib.

Hücumçular: Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova, İlhamə Əzimova;

Orta oyunçular: Ayşən Abduləzimova, Aynur İmanova, Mariya Kirilyuk;

Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva;

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova;

Qeyd edək ki, Azərbaycan milli komandası Avropa Liqasında ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda komandanın rəqibləri İsveç və Estoniya yığmaları olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: