Qadınlardan ibarət voleybol üzrə Azərbaycan milli komandası bu gün Avropa Liqasının yeni mövsümü çərçivəsində ilk oyununu keçirib.
Arena.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv startda İsveç yığması ilə üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində bu gün keçirilmiş görüş millimiz üçün uğursuz alınıb. Oyun rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisi növbəti matçını iyunun 7-də Estoniya yığmasına qarşı keçirəcək. Sabah isə İsveç və Estoniya kollektivləri üz-üzə gələcəklər.
Avropa Liqası
5 iyun
İsveç – Azərbaycan 3:0 (25:19, 25:14, 25:23)


