Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası bu gün Avropa Liqasının yeni mövsümü çərçivəsində ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, Boris Qrebennikovun baş məşqçisi olduğu kollektiv İsveçdə Yunanıstan yığma komandası ilə üz-üzə gəlib.
Avroliqanın 1-ci turu çərçivəsində baş tutmuş oyun millimiz üçün uğursuz alınıb. Qarşılaşma Yunanıstan yığmasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandamız növbəti oyununu sabah ev sahibi İsveç millisinə qarşı keçirəcək.
Avropa Liqası
6 iyun
Azərbaycan – Yunanıstan 0:3 (20:25, 22:25, 7:25)


