Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Avropa Liqasının birinci mərhələsində ikinci matçını keçirib.
Arena.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu komanda Bakıda təşkil edilmiş birinci mərhələnin sonuncu oyununda Estoniya yığması ilə üz-üzə gəlib.
Millimiz Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutmuş qarşılaşmada Estoniya yığması ilə üz-üzə gəlib. Oyun komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, yığmamız bu mərhələni bir qələbə (Azərbaycan – Estoniya 3:0) və bir məğlubiyyətlə (İsveç – Azərbaycan 3:0) başa vurub.
Qeyd edək ki, Avropa Liqasının ikinci mərhələsinin oyunları 12-14 iyun aralığında İspaniyada keçiriləcək. Azərbaycan millisi bu mərhələdə ev sahibi İspaniya və Şimali Makedoniya yığmaları ilə qarşılaşacaq.
Avropa Liqası
7 iyun
Azərbaycan – Estoniya 3:0 (25:15, 25:14, 25:20)


