Meksika millisi 40 illik həsrətə son qoydu

DÇ-2026-nın 1/16 finalında Ekvadoru 2:0 hesabı ilə məğlub edən Meksika millisi 40 ildən sonra mundialın pley-off mərhələsinə ilk qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, meksikalılar sonuncu dəfə 1986-cı ildə ev sahibliyi etdikləri dünya çempionatında pley-off mərhələsində qalib gəlmişdilər.

Həmin turnirdə Bolqarıstanı 2:0 hesabı ilə məğlub etmiş komanda 1/4 finala yüksəlsə də, Almaniya yığmasına penaltilər seriyasında uduzaraq mübarizəni dayandırmışdı. Bu, indiyədək Meksikanın dünya çempionatlarındakı ən yüksək nəticəsi olaraq qalır.

Bundan sonra Meksika millisi üçün mundiallar uzun müddət uğursuz ssenari ilə yadda qalmışdı. Komanda 1994, 1998, 2002, 2006, 2010, 2014 və 2018-ci il dünya çempionatlarının hamısında ilk pley-off mərhələsində mübarizəni dayandırmış, 2022-ci ildə isə qrup mərhələsini belə adlaya bilməmişdi. Bu komanda 1990-cı il mundialından isə diskvalifikasiya səbəbindən kənarda qalmışdı.

Beləliklə, Meksika yığması DÇ-2026-da uzun illər davam edən uğursuz seriyanı qıraraq ilk pley-off səddini keçməyi bacardı.

Mundialın ev sahiblərindən biri olan Meksika 1/8 finalda İngiltərə – Konqo Demokratik Respublikası cütünün qalibi ilə qarşılaşacaq. Bu görüş də Mexikoda keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: