Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.
Arena.az xəbər verir ki, bu gün 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.
Mundialın əsas favoritlərindən hesab edilən İngiltərə yığması Meksika millisi ilə üz-üzə gəlib. Mexikoda təşkil edilmiş bu matçda Avropa təmsilçisi rəqibini 3:2 hesabıyla məğlub edib.
İngiltərə yığmasında Cud Bellingem dubla imza atıbsa, digər qolu penaltidən dəqiq yararlanmış Harri Keyn vurub. Şimali Amerika təmsilçisinin heyətində isə Xulian Kinyones və Raul Ximenes fərqləniblər.
Beləliklə, Kanada yığmasından sonra mundialın daha bir ev sahibi – Meksika da DÇ-dəki mübarizəni başa vurub. Növbəti mərhələyə vəsiqə qazanmış İngiltərə millisinin rəqibi isə Norveç seçməsi olacaq.
DÇ-2026
1/8 final
6 iyul
Meksika – İngiltərə 2:3
Qollar: Xulian Kinyones, 42. Raul Ximenes, 69-pen – Cud Bellingem, 36; 38. Harri Keyn, 60-pen.


