Norveç millisinin tarixi qələbəsi 30 nəfəri xəstəxanalıq etdi

Norveç millisinin dünya çempionatının 1/8 finalında Braziliya üzərində qazandığı tarixi qələbədən sonra Osloda atəşfəşanlıq təşkil edilib.

Arena.az xəbər verir ki, atəşfəşanlıq zamanı azı 30 nəfər xəsarət alıb.

Hadisədən sonra təxminən 30 nəfər şəhərin təcili tibbi yardım şöbələrinə müraciət edib.

Oslo polisinin rəsmisi Eyvind Hammervold bildirib ki, xəsarət alanların hamısının vəziyyəti yüngüldür və ciddi zədə qeydə alınmayıb.

Məlumata görə, Norveç millisinin uğuruna həsr olunmuş atəşfəşanlığı izləmək üçün paytaxtda təxminən 100 min nəfər toplaşıb.

Qeyd edək ki, Norveç millisi dünya çempionatının 1/8 finalında Braziliyanı 2:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə mundialın 1/4 finalına yüksəlib. Skandinaviya təmsilçisi növbəti mərhələdə İngiltərə millisi ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: