“Qarabağ” Avropa Liqasının (Avroliqa) 2-ci təsnifat mərhələsində ÇSKA (Sofiya, Bolqarıstan) ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Arena.az xəbər verir ki, Ağdam klubunun sifariş vərəqində bəzi adların yer almaması diqqət çəkib.
Belə ki, “Vestri” (İslandiya) matçda olduğu kimi, Xoni Montiel və Jeremi Qnali yenə heyətdə yer almayıblar. Bundan başqa, bu dəfəki oyunlar üçün müdafiəçi Dani Bolt iştirak ərizəsindən çıxarılıb. Onun əvəzinə isə legioner qismində yeni qapıçı Martin Zlomisliç heyətə daxil edilib.
Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Teymur Həsənov (B), Martin Zlomisliç, Bilal Hacıyev (B), Mateus Koxalski;
Müdafiəçilər: Mateus Silva, Bense Varkonyi, Bruno Lanqa, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov;
Yarımmüdafiəçilər: Jali Muaddib, Marko Yankoviç, Abdullah Zubir, Kadi Borges, Aleksey Kaşuk, Cebrail Makreçkis, Hikmət Cəbrayılzadə, Pedro Bikalyo, Əli Bəşirov, Samuel Lobato;
Hücumçular: Zəkəriyyə Savo, Musa Qurbanlı, Renaldo Sefas.
Xatırladaq ki, “Qarabağ” və ÇSKA arasındakı ilk oyun iyulun 23-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab matçı isə iyulun 30-da Sofiyada baş tutacaq.


