Futzal millimizin Çexiya və Latviya oyunlarının təqvimi bilindi

DÇ-2028-in əsas mərhələsində mübarizə aparacaq futzal üzrə Azərbaycan millisinin yer aldığı 12-ci qrupun oyunlarının təqvimi açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, komandamız ilk matçını oktyabrın 16-da səfərdə Çexiyaya qarşı keçirəcək. Yığmamız noyabrın 5-də həmin rəqibi doğma meydanda qəbul edəcək. Noyabrın 8-də Bakıda Latviya, 2027-ci il fevralın 27-də səfərdə bu komanda ilə görüş baş tutacaq.

16 oktyabr
Çexiya – Azərbaycan

5 noyabr
Azərbaycan – Çexiya

8 noyabr
Azərbaycan – Latviya

27 fevral
Latviya – Azərbaycan

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: