“Qarabağ” Bakıda ÇSKA-nı qəbul edir

“Qarabağ” bu gün Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Bolqarıstanın ÇSKA (Sofiya) komandasına qarşı ilk oyununa keçirib.

Arena.az xəbər verir ki, Azərbaycan və Bolqarıstan komandaları arasında ilk görüş Bakıda baş tutub.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş oyunu italiyalı Daniele Çiffi idarə edib. Görüş qolsuz yekunlaşıb.

Komandalar arasındakı cavab görüşü gələn həftə Bolqarıstanda keçiriləcək. İyulun 30-da Sofiyadakı “Vasil Levski” stadionunda baş tutacaq cavab matçının start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək.

Xatırladaq ki, bu cütün qalibi növbəti raundda “Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub olan tərəf isə Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Dinamo” (Kiyev, Ukrayna) – PAOK (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
23 iyul

Qarabağ – ÇSKA (Sofiya) 0:0
Hakimlər: Daniele Çiffi, Covanni Baççini, Alessandro Lo Çiçero, Daniele Perenzoni (İtaliya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 99. Mateus Koxalski, 2. Mateus Silva, 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Zəkəriyyə Savo, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 55. Bədavi Hüseynov (k.)
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Martin Zlomisliç, 7. Jali Muaddib, 9. Xoni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 25. Cebrail Makreçkis, 29. Renaldo Sefas, 32. Hikmət Cəbrayılzadə, 44. Elvin Cəfərquliyev, 49. Əli Bəşirov.
Baş məşqçi: Qurban Qurbanov.

ÇSKA: Fedor Lapuxov, 2. Pastor, 5. Jan-Filipp Qbamin, 6. Bruno Cordan (k), 7. Maks Ebonq, 8. Stefano Sensi, 9. Leandro Qodoy, 14. Teodor İvanov, 17. Anxelo Martino, 28. İoannis Pittas, 32. Fakundo Rodriqes.
Ehtiyat oyunçular: 25. Dimitar Yevtimov, 3. Tamimu Ouru, 10. Joel Zvarts, 11. Məhəmməd Brahimi, 19. Andrey Yordanov, 30. Petko Panayotov, 34. Vasil Kaymakanov, 38. Leo Pereyra, 77. Alexandro Pyedrahita, 80. Georgi Çorbadjiyski, 91. Aleks Tunçev, 94. İsaak Solet.
Baş məşqçi: Xristo Yanev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: