Sanxun Diavara “Milan”da!

Fransanın “Trua” klubunun gənc mərkəz müdafiəçisi Sanxun Diavara bundan sonra İtaliya nəhəngi “Milan”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Milan”ın rəsmi saytına istinadən xəbər verir.

A Seriyası təmsilçisi 20 yaşlı mərkəz müdafiəçisi üçün Fransa klubuna 2 milyon avro təzminat ödəyib. Gənc futbolçu ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulmuş 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Sanxun Diavara “Trua”nın yetirməsidir. O, sözügedən klubun əsas komandasının heyətində meydana çıxdığı 18 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

Fransanın U-19 millisinin formasını geyinmiş Diavaraya sonralar gənclərdən ibarət yığmada debüt etmək qismət olmayıb.

“Transfermarkt” internet-portalı 20 yaşlı müdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: