Avroliqa: Pley-offa ilk vəsiqə gürcülərə qismət oldu

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2026/2027-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinin ilk cavab qarşılaşması keçirilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Gürcüstanın “İberiya” komandası pley-offa vəsiqə uğrunda Şimali İrlandiya təmsilçisi “Larne” ilə qarşılaşıb. Gürcülər bu görüşdə çətin qələbə sayəsində növbəti mərhələyə yüksəliblər.

Qeyd edək ki, Avroliqada 3-cü təsnifat mərhələsinin qalan cavab oyunları avqustun 13-də və 14-də keçiriləcək.

Avroliqa
3-cü təsnifat mərhələsinin cavab oyunları

11 avqust

İberiya (Gürcüstan) – Larne (Şimali İrlandiya) 2:1 (ilk oyun 0:0)

13 avqust

Beşiktaş (Türkiyə) – Hradeç (Çexiya) (1:0)11
Qurnik (Polşa) – Ferentsvaroş (Macarıstan) (0:1)
Omoniya (Kipr) – Linkoln (Cəbəllüttariq) (1:1)
Pafos (Kipr) – Zalsburq (Avstriya) (0:1)
Universitatya (Krayova, Rumıniya) – KuPS (Finlandiya) (1:1)
Vikinqur (İslandiya) – Tyun (İsveçrə) (0:3)
ÇSKA (Sofiya, Bolqarıstan) – Makkabi (Təl-Əviv, İsrail) (3:0)
Anderlext (Belçika) – PAOK (Yunanıstan) (1:0)
Reyncers (Şotlandiya) – Yagelloniya (Polşa) (1:2)
Harts (Şotlandiya) – Benfika (Portuqaliya) (1:6)
Eqnatiya (Albaniya) – Şemrok Rovers (İrlandiya) (1:3)

14 avqust

20:00. Klaksvik (Farer adaları) – Lex (Polşa) (0:1)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: