Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2026/2027-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinin növbəti cavab oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha 11 görüş baş tutub.
Türkiyənin “Beşiktaş” komandası 3-cü raundda Çexiya təmsilçisi “Hradeç”lə görüşüb. İstanbul təmsilçisi doğma meydanda keçirilmiş cavab görüşündə qələbə qazanıb.
Qeyd edək ki, Avroliqada 3-cü təsnifat mərhələsinə avqustun 14-də yekun vurulacaq.
Avroliqa
3-cü təsnifat mərhələsinin cavab oyunları
11 avqust
İberiya (Gürcüstan) – Larne (Şimali İrlandiya) 2:1 (ilk oyun 0:0)
13 avqust
Beşiktaş (Türkiyə) – Hradeç (Çexiya) 1:0 (1:0)
Qurnik (Polşa) – Ferentsvaroş (Macarıstan) 1:1 (0:1)
Omoniya (Kipr) – Linkoln (Cəbəllüttariq) 1:0 (1:1)
Pafos (Kipr) – Zalsburq (Avstriya) 3:3 (0:1)
Universitatya (Krayova, Rumıniya) – KuPS (Finlandiya) 2:1 (1:1)
Vikinqur (İslandiya) – Tyun (İsveçrə) 3:2 (0:3)
ÇSKA (Sofiya, Bolqarıstan) – Makkabi (Təl-Əviv, İsrail) 1:3 (3:0)
Anderlext (Belçika) – PAOK (Yunanıstan) 3:2 (1:0)
Reyncers (Şotlandiya) – Yagelloniya (Polşa) 1:1 (1:2)
Harts (Şotlandiya) – Benfika (Portuqaliya) 1:1 (1:6)
Eqnatiya (Albaniya) – Şemrok Rovers (İrlandiya) 5:1 (1:3)
14 avqust
20:00. Klaksvik (Farer adaları) – Lex (Polşa) (0:1)


