“Sabah” Avroliqada da əsas mərhələyə vəsiqəni təmin etdi

Futbol üzrə Azərbaycan çempionu “Sabah” Avropa Liqasının 2027/2027-ci illər mövsümünün əsas mərhələsinə vəsiqəni təmin edib.

Arena.az xəbər verir ki, bu, “bayquşlar”ın UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə yüksəlməsi sayəsində mümkün olub.

Azərbaycan çempionu qitənin bir nömrəli klub turnirində Danimarka təmsilçisi “Orhus”u mübarizədən kənarlaşdırıb. Səfərdə 1:2 hesabı ilə uduzmuş Valdas Dambrauskasın komandası doğma meydanda bu rəqibini 4 cavabsız qolla üstələyib. Beləliklə, Azərbaycan çempionu UEFA Çempionlar Liqasının pley-off mərhələsində uğur qazana bilməsə belə, Avropa Liqasının Liqa mərhələsində iştirak edə biləcək.

Xatırladaq ki, “Sabah” ÇL-in 2-ci təsnifat mərhələsini adladıqdan sonra Avropa Konfrans Liqasının da Liqa mərhələsinə vəsiqəni təmin etmişdi. Amma Çempionlar Liqasındakı ilk mövsümündə tarixi nəticələri sıralamağa davam edən “bayquşlar”ın elə bu turnirin Liqa mərhələsində iştirak etmək üçün gözəl şansı var. Ümid edək ki, Azərbaycan çempionu bu çətin vəzifənin də öhdəsindən gələ biləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: