Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026-2027-ci illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, dördüncü oyun günündə də üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Atletik” – “Vilyarreal” matçında qalib müəyyənləşməyib. “Xetafe” “Rasinq”i xalsız yola salıb. Səfərdə “Elçe” ilə qarşılaşmış “Barselona” isə 3 xalı 5 cavabsız qolla qazanıb.
2-ci turun qalan görüşləri avqustun 24-də keçiriləcək.
İspaniya, La Liqa
2-ci tur
20 avqust
Rayo Valyekano – Alaves 1:1
21 avqust
Betis – Real Sosyedad 1:0
22 avqust
Atletik – Sevilya 1:3
Valensiya – Selta 0:0
Espanyol – Real 1:2
23 avqust
Atletik – Vilyarreal 2:2
Xetafe – Rasinq 1:0
Elçe – Barselona 0:5
24 avqust
21:30. Osasuna – Levante
23:30. Malaqa – Deportivo


