AÇ-2026: Millimiz Belçika ilə bacarmadı

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2026) C qrupunda növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv 4-cü turda Belçika milli komandası ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan yığmasının 0:3 (19:25, 22:25, 23:25) hesablı məğlubiyyəti ilə nəticələnib.

Qeyd edək ki, C qrupunun oyunları Azərbaycanda keçirilir. Bakıdakı oyunlar avqustun 28-nə qədər Milli Gimnastika Arenasında təşkil olunacaq. Yığmamız qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparır.

Azərbaycan millisi turnirdəki ilk görüşündə Portuqaliya yığmasına 3:1 hesabıyla qalib gəlmişdisə, ikinci turda İspaniyanı 3:0, üçüncü turda Rumıniyanı 3:2 hesabıyla üstələmişdi. Komandamız hazırda 8 xalla C qrupunda üçüncü pillədə qərarlaşıb.

Belçika 11 xalla 1-ci, 8 xalı olan Niderland üçüncü sıradadır. Portuqaliyanın 3, Rumıniyanın 2, İspaniyanın 1 xalı var.

Milli komandamız AÇ-2026-da bu heyətlə mübarizə aparır:

Heyət: Polina Rəhimova, Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova, Ayşən Abduləzimova (kapitan), Mariya Kirilyuk, Aynur İmanova, Kristina Besman, Raziyə Əliyeva, Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova.
Baş məşqçi: Faiq Qarayev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: