Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 1-ci turunun növbəti qarşılaşması keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə oyununda Madrid “Real”ı doğma meydanda “Real Sosyedad” ilə üz-üzə gəlib.
Məhsuldar keçmiş görüşdə qapılara bütövlükdə 5 qol vurulub. Yekunda paytaxt klubu darmadağınla qalib gəlib.
1-ci turun qalan görüşləri avqustun 27-də keçiriləcək.
İspaniya, La Liqa
1-ci tur
15 avqust
Alaves – Xetafe 3:0
Sevilya – Rayo Valyekano 2:1
16 avqust
Rasinq – Vilyarreal 2:2
Espanyol – Levante 3:0
17 avqust
Deportivo – Elçe 1:1
19 avqust
Atletiko – Malaqa 2:0
25 avqust
Valensiya – Betis 0:1
26 avqust
Real – Real Sosyedad 4:1
27 avqust
22:30. Selta – Osasuna
23:00. Barselona – Atletik


