Seko Fofana yenidən “Portu”da!

Fransanın “Renn” komandasının mərkəz yarımmüdafiəçisi Seko Fofana yenidən Portuqaliyanın “Portu” klubuna keçib.

Arena.az bu barədə Portuqaliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

“Portu” Kot-d’İvuar yığmasının futbolçusunu bu dəfə də icarəyə götürüb. İcarə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə olacaq. Müqavilədə satınalma şərti nəzərdə tutulmayıb.

Xatırladaq ki, Seko Fofana 2025-ci ilin yanvarından “Renn”in formasını geyinir. Yarımmüdafiəçi Fransa klubunun heyətində bütövlükdə 29 oyuna çıxıb, 2 qol və 1 assist müəllifi olub.

Təcrübəli futbolçu ötən mövsümün ikinci dövrəsini də “Portu”da keçirib. O, həmin dövrdə də icarəyə götürülmüş və meydana çıxdığı 18 oyunda 3 qol, 1 assist müəllifi olmuşdu.

Fofana daha öncə “Udineze”, “Lans”, “Bastiya”, “Əl-Ettifaq”, “Fulhem”, “Əl-Nəsr” kimi klubların da formasını geyinib.

Yarımmüdafiəçi vaxtilə Fransanın U-16, U-17, U-18 və U-19 yığmalarında oynasa da, 2017-ci ildə Kot-d’İvuar yığmasında debüt edib. O, ölkəsinin millisində 34 oyuna 7 qol vurub, 3 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: