“Barselona”nın yeni qapıçısı Dominik Livakoviç Kataloniya təmsilçisinə rəsmi keçidindən sonra ilk təəssüratlarını bölüşüb.
Arena.az xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubundan 2 milyon avroya transfer edilmiş 31 yaşlı xorvatiyalı qapıçının “Barselona” ilə müqaviləsi 2030-cu ilin iyununa qədər nəzərdə tutulub.
Xorvatiya millisində 79 oyun keçirmiş və Zaqreb “Dinamo”su ilə ölkə çempionatında 8 dəfə qalib olmuş təcrübəli qolkiper yeni klubunun miqyası və rəhbərliyin onu isti qarşılamasından məmnunluğunu gizlətməyib.
“Burada hər şey möhtəşəmdir, bu, fantastik klubdur. Prezident Laporta, Deko, Boyan Krkiç… Hər şey sadəcə möhtəşəmdir. Böyük klublar çoxdur, amma “Barselona” dünyanın ən populyar klubudur, bu, inanılmazdır. Sadəcə burada oynayan futbolçulara baxın, bu, heyranedicidir. “Kamp Nou” dünyanın ən xüsusi stadionlarından biridir”, – deyə Livakoviç “Barselona”nın rəsmi saytına açıqlamasında bildirib


