Samuele Riççi “Milan”ı “Komo”ya dəyişdi

Futbol üzrə İtaliya millisinin və “Milan”ın dayaq yarımmüdafiəçisi Samuele Riççi bundan sonra karyerasını “Komo”da davam etdirəcək.

Arena.az bu barədə “Komo”nun rəsmi saytına istinadən xəbər verir.

Bu mövsüm tarixində ilk dəfə UEFA Çempionlar Liqasında iştirak edəcək “Komo” 25 yaşlı futbolçunu satınalma hüququ ilə icarəyə götürüb.

“Milan” Riççinin icarəsindən 1,5 milyon avro qazanacaq. Müqavilədə “Komo”nun mövsümün sonunda avrokuboklara vəsiqə qazanacağı təqdirdə bonusların ödənilməsi də nəzərdə tutulub. Futbolçunun satınalma opsiyası isə 22 milyon avrodur.

Qeyd edək ki, Samuele Riççi “Empoli”nin yetirməsidir. O, “Milan”a ötən il “Torino”dan 23 milyon avro qarşılığında keçmişdi. Riççi “Milan”ın heyətində 34 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Riççi 2022-ci ildən əsas millidə çıxış edir. O, yığmanın heyətində 11 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 25 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: