Futbol üzrə İspaniya çempionu “Barselona”nın gənc hücumçusu Lamin Yamal klub tarixində 50 qol həddinə çatmış ən gənc futbolçu olub.
Arena.az xəbər verir ki, 19 yaşlı ispaniyalı bu göstəriciyə La Liqanın 2026/2027-ci illər mövsümünün 2-ci turunda “Rayo Valyekano”ya qarşı keçirdikləri matçda (5:2) dubl etməklə nail olub.
Yamal qarşılaşma günü 19 yaş 49 günlük olub. Bununla da o, “Barselona”nın 91 il əvvəl müəyyənləşdirilmiş rekordunu yeniləyib.
Əvvəlki rekord ispaniyalı hücumçu Xosep Eskolaya məxsus idi. O, 1935-ci ildə 20 yaş 356 günlük olarkən “Barselona” forması ilə 50-ci qolunu vurmuşdu. Klubun tarixində ən çox qol vurmuş Lionel Messi isə bu göstəriciyə 21 yaş 120 günlük olarkən çatıb.
“Barselona”nın yetirməsi olan Yamal əsas komandada 2023-cü ilin aprelindən çıxış edir. O, Kataloniya klubu ilə 3 dəfə İspaniya çempionu (2023, 2025, 2026), 2 dəfə İspaniya Super Kubokunun qalibi (2025, 2026) və bir dəfə İspaniya Kubokunun qalibi (2025) olub.
Lamin Yamal İspaniya millisinin heyətində isə 2024-cü ildə Avropa çempionu, 2026-cı ildə isə dünya çempionu adını qazanıb.


