“Tottenhem” Souzanı “Portu”ya icarəyə verdi

İngiltərənin “Tottenhem” klubunun braziliyalı sol cinah müdafiəçisi Souza (Juan Viktor de Souza Menezes) “Portu”ya icarəyə verilib.

Arena.az bu barədə Portuqaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

20 yaşlı braziliyalı futbolçu ilə müqavilə 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Müqavilədə futbolçunun transfer hüquqlarının alınmasına dair şərt nəzərdə tutulmayıb. Bu da o deməkdir ki, mövsüm bitən kimi braziliyalı oyunçu London klubunun düşərgəsinə qayıdacaq.

Souza Braziliyanın “Santos” klubunun yetirməsidir. O, 2026-cı ilin yanvarında məhz “Santos”dan 15 milyon avro müqabilində İngiltərə klubuna keçib. Onun London təmsilçisi ilə müqaviləsi 2031-ci il iyunun 30-dək qüvvədədir.

Braziliyalı müdafiəçi “Tottenhem”in əsas komandasının heyətində cəmi 4 matça çıxıb və məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 20 yaşlı müdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: