Millimiz Gürcüstanla oyunlara 20 futbolçu ilə yollandı

İyunun 4-dən 9-dək Gürcüstanın paytaxtı Tiflisdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

Arena.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində iyunun 5-də və 8-də gürcüstanlı həmyaşıdları ilə iki yoxlama oyunu keçirəcək.

Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

  1. Xəyal Fərzullayev – Sumqayıt
  2. Məmməd Muradov – Qəbələ
  3. Həmzəalı Mikayılov – Sabah
  4. Samir Ağayev – Qəbələ
  5. Murad Musayev – Qəbələ
  6. Aslan Şirinov – Neftçi
  7. Rüfət Abbasov – Neftçi
  8. Musa Məmmədov – Qarabağ
  9. Rüfət Bədəlzadə – Qəbələ
  10. Təhmasib Həmidli – Səbail
  11. Adəm Topalov – Səbail
  12. Elton Mikayılov – Qarabağ
  13. Okan Təhməzli – Qəbələ
  14. Sənan Ağalarov – Qəbələ
  15. Eşqin Əhmədov – Qəbələ
  16. İbrahim Ağayarov – Qarabağ
  17. Murad Ələkbərov – Zirə
  18. İbrahim Hacı – Qarabağ
  19. Murad Məmmədov – Neftçi
  20. Sadiq Şəfiyev – Kəpəz
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: