Türkiyənin “Trabzonspor” klubunun rəhbərliyi əsas komandanın baş məşqçisi Fatih Tekke ilə yolların ayrılması barədə qərar qəbul edib.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
48 yaşlı mütəxəssis bir neçə gün öncə Avropa Liqasının təsnifat mərhələsinin pley-offunda “Ferentsvaroş”a ağır məğlubiyyətdən sonra istefa verdiyini açıqlamış, lakin klub rəhbərliyi onun istefasını qəbul etməmişdi. Amma ötən gecə Super Liqa çərçivəsində “Amedspor”a 1:2 hesablı məğlubiyyətdən sonra klub rəhbərliyi də fikrini dəyişib və baş məşqçi dəyişikliyinə qərar verib.
Xatırladaq ki, “Trabzonspor” Super Liqada 3 oyundan sonra 4 xalla 11-ci pillədə qərarlaşıb.
Fatih Tekke 2025-ci ildən “Trabzonspor”a rəhbərlik edirdi. O, futbolçu kimi də bu klubda çıxış edib.
Trabzon təmsilçisi Tekkenin rəhbərliyi altında bütövlükdə 62 oyuna çıxıb, 35 qələbə, 14 heç-heçə, 13 məğlubiyyət görüb.


