Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2026/2027-ci illər mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu ötən gün 5-ci tur çərçivəsində “Şəms Azər Qəzvin”lə qarşılaşıb.
İranlı Cavad Nekunamın çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu görüşün yekununda 1 xalla kifayətləniblər – 0:0.
Cari mövsümdə ilk xal itkisi ilə üzləşmiş “Traktor” bu nəticədən sonra 13 xalla İran çempionatının vahid liderinə çevrilib.
Cənubi Azərbaycan nəhəngi çempionatdakı növbəti matçını sentyabrın 5-də doğma meydanda “Gol Gohar”a qarşı keçirəcək. Oyuna Bakı vaxtı ilə saat 18:45-də start veriləcək.


