İngiltərə Premyer Liqasında mübarizə apran “Kristal Pelas” “transfer pəncərəsi”nin son günündə heyətinə 4 yeni futbolçu cəlb edib.
Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.
London təmsilçisi Ben Çiluell, Kvinten Timber, Dario Osorio və Onest Ahanorın keçidini rəsmiləşdirib.
İngiltərə millisinin və “Çelsi”nin sabiq üzvü olan Ben Çiluell Fransanın “Strasburq” klubundan azad agent kimi heyətə cəlb edilib. 29 yaşlı sol cinah müdafiəçisi ilə müqavilənin müddəti açıqlanmır.
Niderland yığmasının yarımmüdafiəçisi Kvinten Timber Fransanın digər klubu Marsel “Olimpik”indən transfer olunub. İngiltərə klubu bu transfer üçün Liqa 1 təmsilçisinə 20 milyon avro ödəyib. 25 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
Çili millisinin də üzvü olan cinah hücumçusu Dario Osorio Danimarkanın “Midtyulland” klubundan icarəyə götürülüb. 22 yaşlı vingerin bir mövsümlük icarəsi üçün 2 milyon avro ödənilib. Mövsümün sonunda “Kristal Pelas” bu oyunçunun transfer hüquqlarını da ala bilər.
İngiltərə klubu İtaliyanın “Atalanta” komandasından mərkəz müdafiəçisi Honest Ahanoru da icarəyə götürüb. Amma 18 yaşlı italiyalı müdafiəçi mövsümün sonuna kimi Premyer Liqa təmsilçisində çıxış edəcək. Çünki o, gələn yay İngiltərənin digər klubu “Çelsi”yə keçməlidir. London təmsilçisi artıq Ahanorun 46,7 milyon avro müqabilində transferi ilə bağlı “Atalanta” ilə razılığa gəlib.


