Murad Məmmədov Kiprdə ilk titulunu qazandı

Azərbaycanın U-21 millisinin cinah hücumçusu Murad Məmmədov Kiprin “Pafos” komandasının heyətində ilk titulunu qazanıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Cənubi Kipr Super Kuboku uğrunda oyunda “Omoniya” ilə qarşılaşıb.

“Pafos” bu görüşdə 1:0 hesablı qələbəyə sevinib. Oyundakı yeganə qolu 74-cü dəqiqədə Lele vurub.

Murad bu oyunun iştirakçısı olmayıb. 20 yaşlı futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib. Buna onun zədədən əziyyət çəkməsi səbəb olub. Lakin azərbaycanlı futbolçu yeni komandasının heyətində ilk tituluna sevinib.

Xatırladaq ki, Murad Məmmədov bu yay qoşulduğu “Pafos”un heyətində hələlik 3 rəsmi matçda forma geyinib, 1 qol vurub.

“Pafos” “Neftçi”nin yetirməsi olan 20 yaşlı azərbaycanlı futbolçunu bu yay azad agent kimi heyətinə qatıb. Tərəflər arasında 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: