Premyer Liqa: “Turan” “Sumqayıt”a, “Qarabağ” “Araz”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 4-cü turunun oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

“Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək görüşə saat 18:00-da start veriləcək. Qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq.

Turun qapanış matçında isə “Qarabağ” “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Oyunu Cavid Cəlilov idarə edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüşün start fiti saat 20:15-də səslənəcək.

Premyer Liqa
4-cü tur

4 sentyabr

“Qəbələ” – “İmişli” 2:1
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
Qəbələ şəhər stadionu, 18:00.

“Kəpəz” – “Şamaxı” 1:4
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.
VAR: Nicat İsmayıllı.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Əmrah İbrahimov.
Gəncə şəhər stadionu, 20:15.

5 sentyabr

“Sabah” – “Zirə” 5:0
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
“Masazır Arena”, 18:30.

“Neftçi” – “Şəfa” 4:1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
“Neftçi Arena”, 20:30.

6 sentyabr

“Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
Tovuz şəhər stadionu, 18:00.

“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Munis Abdullayev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 20:15.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: