Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“Ərzurumspor” doğma meydanda “Konyaspor”a tək qolla qalib gəlib.
Bu gün həm də mövsümün ilk İstanbul derbisi keçirilib. Üç qolun qeydə alındığı “Fənərbağça” – “Beşiktaş” matçında qonaqlar qalib gəliblər.
Qeyd edək ki, 4-cü turun qalan görüşləri sentyabrın 6-da və 7-də keçiriləcək.
Türkiyə, Super Liqa
4-cü tur
4 sentyabr
Başakşəhər – Qalatasaray 2:3
5 sentyabr
Ərzurumspor – Konyaspor 1:0
Fənərbağça – Beşiktaş 1:2
6 sentyabr
18:00. Çorum – Eyüpspor
18:00. Kasımpaşa – Amedspor
21:00. Kocaelispor – Samsunspor
21:00. Trabzonspor – Gənclərbirliyi
7 sentyabr
21:00. Göztəpə – Qaziantep
21:00. Rizəspor- Alanyaspor


