Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də üç qarşılaşma baş tutub.
Səkkiz qolun qeydə alındığı “Trua” – “Strasburq” matçında qonaqlar qalib gəliblər. “Anje” doğma meydanda “Renn”ə, Marsel “Olimpik”i də “Paris”ə məğlub olub.
Beləliklə, 3 turdan sonra itkisiz irəliləyən yeganə komanda “Monako”dur – 9 xal. “Paris”, Lion “Olimpik”i, “Lill” və “Renn” 7 xal toplayıblar. “Strasburq”un isə 6 xalı var.
Fransa, Liqa 1
3-cü tur
3 sentyabr
Tuluza – Lill 0:1
4 sentyabr
Olimpik (Lion) – Oser 3:1
PSJ – Monako 1:2
5 sentyabr
Lans – Loryan 0:1
Havr – Brest 1:2
Nitsa – Leman 1:1
6 sentyabr
Trua – Strasburq 2:6
Anje – Renn 1:2
Olimpik (Marsel) – Paris 2:3


