Azərbaycanın U-21 millisinin cinah hücumçusu Murad Məmmədov Kiprin “Pafos” komandasının növbəti çempionat matçını da buraxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün Cənubi Kipr Liqasının 2026/2027-ci illər mövsümünün 2-ci turu çərçivəsində “Olimpiakos” (Nikosiya) ilə qarşılaşıb.
“Pafos” doğma meydanda baş tutmuş bu görüşdən qolsuz ayrılıb – 0:0. Hazırda zədəli olan Murad bu matçın iştirakçısı olmayıb. 20 yaşlı futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
Xatırladaq ki, Murad Məmmədov bu yay qoşulduğu “Pafos”un heyətində hələlik 3 rəsmi matçda forma geyinib, 1 qol vurub.
“Pafos” “Neftçi”nin yetirməsi olan 20 yaşlı azərbaycanlı futbolçunu bu yay azad agent kimi heyətinə qatıb. Tərəflər arasında 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.


