Futbol üzrə Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni istefa vermək və postunu tərk etmək niyyətindədir.
Arena.az xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb.
İddiaya görə, Skaloni vəzifəsindən ayrılmaq niyyətində olduğunu Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia ilə bölüşüb. 48 yaşlı mütəxəssis federasiya rəhbəri ilə şəxsi görüşü zamanı uzun və son dərəcə ağır tsikldən sonra üzləşdiyi böyük təzyiqdən və emosional tükənmişlikdən çox yorulduğunu açıq şəkildə bildirib.
Hazırda AFA rəhbərliyi Skalonini qərarından daşındırmaq və onun qüvvədə olan müqaviləsinin müddətini başa çatdırmasını təmin etmək üçün təcili danışıqlar aparır.
Qeyd edək ki, Lionel Skaloni 2018-ci ilin yayından Argentina millisinin baş məşqçisidir. Onun AFA ilə hazırkı müqaviləsi 2026-cı il dekabrın 30-dək qüvvədədir.
Skaloni Argentina futbolu tarixində ən uğurlu məşqçilərdən birinə çevrilib. Onun rəhbərliyi altında “Albiselesete” 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub, 2026-cı il mundialında gümüş medal qazanıb.
Argentina millisi həmçinin Skaloninin rəhbərliyi ilə 2021 və 2024-cü illərdə Amerika Kubokunu, 2022-ci ildə isə Finalissimada qalib gəlib.


