Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2026/2027-ci illər mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu bu gün 6-cı tur çərçivəsində “İstiqlal”la qarşılaşıb.
İranlı Cavad Nekunamın çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. Oyunun taleyini bir qol həll edib. “Traktorçular” bu görüşün yekununda cari mövsümdəki ilk məğlubiyyətlərinə üzülüblər – 0:1.
“Traktor” bu məğlubiyyətə baxmayaraq, 16 xalla İran çempionatının 2026/2027-ci illər mövsümünün vahid lideridir. Komanda keçirdiyi 7 oyunda 5 qələbə qazanıb, 1 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. Rəqib qapılarından 8 top keçirmiş “traktorçular” öz qapılarında cəmi 1 top görüblər.
Cənubi Azərbaycan nəhəngi növbəti oyununu Asiya Çempionlar Liqası çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Şabab Əl-Əhli” (Dubay) komandasına qarşı keçirəcək. Bu oyun sentyabrın 14-də Dubayda baş tutacaq.


