Xames Rodriges “Atletiko Nasional”a keçdi

Futbol üzrə Kolumbiya milli komandasının yarımmüdafiəçisi Xames Rodriges bundan sonra “Atletiko Nasional”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı futbolçu Kolumbiya klubu ilə 1 mövsümlük (2027-ci ilin 30 iyununadək) müqavilə imzalayıb. O, yeni klubuna azad agent kimi qoşulub.

Xames Rodriges fevral ayından MLS təmsilçisi “Minnesota”da çıxış edirdi. O, ABŞ klubundan əvvəl “Portu”, “Monako”, “Real”, “Bayern”, “Everton”, “Olimpiakos”, “San Paulo” və “Leon” komandalarının da formasını geyinib.

Xames “Real”ın heyətində iki dəfə İspaniya çempionu olub, UEFA Çempionlar Liqasını və UEFA Super Kubokunu qazanıb. Təcrübəli futbolçu “Bayern”lə də iki dəfə Almaniya çempionluğuna yiyələnib.

Kolumbiya millisində 2014-cü il dünya çempionatının ən yaxşı bombardiri olan Rodriges 6 qol vurub. O, həmçinin 2016-cı ildə Amerika Kubokunun bürünc, 2024-cü ildə isə gümüş medalını qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: