Mamadi Banqre “Sumqayıt”da!

Son olaraq Fransanın “Qrenobl” komandasında çıxış etmiş Mamadi Banqre bundan sonra “Sumqayıt”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Sumqayıt”ın mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, 2026/2027-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunun keçidini reallaşdırıb. Sözügedən klub son olaraq Fransanın “Qrenobl” komandasında çıxış etmiş Mamadi Banqre ilə 1+2 illik müqavilə bağlayıb. 25 yaşlı vinger 11 nömrəli formada çıxış edəcək.

Cinah hücumçusu olan Banqre Fransanın “Tuluza” komandasının yetirməsidir. O, karyerası ərzində “Tuluza” ilə yanaşı “Trua”, “Pau”, “Qrenobl” kimi komandaların da şərəfini qoruyub.

Banqre həmçinin vətəni olan Burkina Faso millisində 9 oyun keçirib. Amma o, bu görüşlərdə heç bir məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: