Super Liqa: “Beşiktaş”dan “Ərzurumspor”a 3 cavabsız qol

Bu gün keçirilmiş oyunla futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 5-ci tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Beşiktaş” doğma meydanda “Ərzurumspor”la üz-üzə gəlib. İstanbul təmsilçisi 3 xalı 3 cavabsız qolla qazanıb. Nəticədə, “qara qartallar” müvəqətti də olsa, liderliyə yüksəlib.

Qeyd edək ki, 5-ci turun qalan görüşləri sentyabrın 12-də, 13-də və 14-də keçiriləcək.

Türkiyə, Super Liqa
5-ci tur

11 sentyabr

Beşiktaş – Ərzurumspor 3:0

12 sentyabr

18:00. Eyüpspor – Rizəspor
18:00. Samsunspor – Çorum
21:00. Alanyaspor – Göztəpə
21:00. Konyaspor – Trabzonspor

13 sentyabr

18:00. Gənclərbirliyi – Kasımpaşa
21:00. Amedspor – Başakşəhər
21:00. Qalatasaray – Kocaelispor

14 sentyabr

21:00. Qaziantep – Fənərbağça

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: