Xuan Kuadrado Kolumbiya klubunda!

Futbol üzrə Kolumbiya millisinin sabiq yarımmüdafiəçisi Xuan Kuadrado bundan sonra “Milyonarios”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, 38 yaşlı futbolçu Kolumbiya klubuna azad agent kimi qoşulub.

O, yeni klubu ilə 2027-ci ilin yayına qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.

Xuan Kuadrado iyulun 1-dən azad agent statusunda idi. Onun “Piza” ilə müqaviləsi başa çatdıqdan sonra İtaliya klubundan ayrılmışdı. Kolumbiyalı futbolçu ötən mövsüm “Piza”nın heyətində 21 matç keçirib və 1 qol vurub.

Kuadrado Avropada 17 il çıxış etdikdən sonra ölkəsinə qayıdıb. O, karyerası ərzində “Leççe”, “Udineze”, “Fiorentina”, “Çelsi”, “Yuventus”, “İnter”, “Atalanta” və “Piza”nın formasını geyinib. Klub karyerasında ümumilikdə 559 oyuna çıxan futbolçu 56 qol vurub və 94 məhsuldar ötürmə edib.

Kolumbiya millisində 2010-2023-cü illərdə çıxış edən Kuadrado 116 matçda 11 qol vurub və 20 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Milyonarios” Kolumbiya çempionatında 13 xalla 4-cü pillədə qərarlaşıb. Komanda növbəti oyununu sentyabrın 14-də “Kukuta”ya qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: